12 May 2017 01:23
1 293
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Avroviziya 2017" mahnı müsabiqəsinin finalı başa çatıb.

Teleqraf.com xəbər verir ki, "Avroviziya 2017" mahnı müsabiqəsinin ikinci yarımfinalında 10 ölkə Bolqarıstan, Belarus, Xorvatiya, Macarıstan, İsrail, Ruminiya, Norveç, Niderland, Avstriya finala vəsiqə qazanıb.

Serbiya, Makedoniya, Malta, İrlandiya, San – Marino, İsveçrə, Litva, Estonya təmsilçiləri finala keçə bilməyiblər.

Xatırladaq ki, Azərbaycanı “Eurovision-2017” mahnı müsabiqəsində “Skeletons” mahnısı ilə təmsil edən Diana Hacıyeva mayın 9-da birinci yarımfinalda çıxış edərək finala vəsiqə qazanıb. Azərbaycan təmsilçisi “Eurovision” finalının birinci hissəsində çıxış edəcək.

Müsabiqənin mayın 9-da keçirilmiş birinci yarımfinalında 10 ölkə finala vəsiqə qazanıb. Bunlar Azərbaycan, Moldova, Yunanıstan, İsveç, Portuqaliya, Polşa, Avstraliya, Kipr, Belçika və Ermənistandır.

Qeyd edək ki, finala birbaşa vəsiqə qazanan ölkələr - müsabiqənin bu ilki ev sahibi Ukrayna və “böyük beşlik” ölkələri Fransa, İtaliya, Almaniya, İspaniya və Böyük Britaniyadır.

62-ci “Eurovision” mahnı müsabiqəsində 42 ölkənin nümayəndələri iştirak edir.

Rəqsanə


Müəllif: