22 Aprel 2017 12:44
1 499
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə yaşayan məşhur azərbaycanlı aktrisa Nəzrin Cavadzadə “Fİ” serialına çəkilib.

Teleqraf.com xəbər verir ki, Nəzrin Cavadzadə “Fi” serialının beşinci bölümündə rol alıb.

Aktrisa serialda psixoloji problemləri olan Alara obrazını canlandırıb.

Qeyd edək ki, “Fi” serialı Puhu TV-də yayımlanır.

Serialda baş rolları Ozan Güvən, Serenay Sarıkaya, Məhməd Günsür və Berrak Tüzünataç canlandırır.

Rəqsanə


Müəllif: