21 İyun 2017 08:29
1 228
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bütün dünyanı gəzərək ən gözəl məkanlardan eyni üslublu fotolar paylaşan, “Follow me” (“Məni izlə”) layihəsi ilə tanınmış Dağıstanlı Murad Osman və həyat yoldaşı, model Natali Bakıya gəlib.

Teleqraf.com-un məlumatına görə, tanınmış bloqqer və fotoqraf öz xanımını “İçərişəhər”də, “Alov qüllələri”nin fonunda və milli atributlarımızla birgə çəkib, foto-əsəri instaqram səhifəsində paylaşıb və “Qədim şəhər Bakı... Buranı sevdim. İzləyicilərimdən burda kim var və ya olub?” –deyə şərh yazıb.

Qeyd edək ki, bu, Murad və həyat yoldaşının Bakıya ikinci səfəridir.


Müəllif: Könül Əlibəyli