10 İyul 18:05
317

ADO teatrı 5 illik yubileyi ilə bağlı geniş tədbirlər proqramı hazırlayır. Teatr “Dağınıq bir Oda” adlanan proqramın əsas hissəsini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, tədbirdə ilk olaraq ADO-nun üslubunu açan “Dağınıq bir Oda” adlı performans nümayiş olunacaq. Daha sonra ADO-nun qurucusu Elmin Bədəlovun “5 illik ADO yolu” çıxışı gözlənilir.

Ölkəmizi ilk dəfə “Avroviziya” yarışmasında təmsil edən, eyni zamanda “O səs Türkiyə” müsabiqəsinin qalibi olan musiqiçi Elnur Hüseynovun, Dj. Toğrulun çıxışları, həmçinin “Les Gardiens Du Silince” qrupunun canlı ifası və rəssam Samir Salahovun küçə performansı da nəzərdə tutulub.

Gənc rejissor Leyli Qafarovanın ADO haqda çəkdiyi sənədli filmin qısa fraqmentləri nümayiş olunacaq.

Azərbaycanın ilk müstəqil teatrı olan ADO iyulun 15-də Yarat Müasir İncəsənət Mərkəzində 5-ci ilini açıq elan edəcək. Giriş sərbəstdir.


Müəllif: Könül Əlibəyli