14 Fevral 19:37

Türkiyənin sevilən aktirisası Nəriman Köksal həyatı boyu tək onu sevib.

Teleqraf.com-un məlumatına görə, aktrisanın ustad aktyor İzzət Günaya olan sevigisi ölüm döşəyində belə azalmayıb.

Nəriman Köksal gənclik illərində film prodüseri Nevzat Pesenlə sevgili olub. Lakin Nevzat Pesen evli olduğuna görə gənc aktrisa bu münasibətin gələcəyinin olmayacağını düşünərək Firudin Kete ilə tez bir zamanda ailə qurub. Bu xəbər Nevzat Peseni dərindən sarsıdıb. O, hadisədən 8 il sonra özünü yaşadığı evin balkonundan atıb.

Lakin aktrisanın ölüm döşəyində belə ağlından çıxmayacaq bir insan var idi – İzzət Günay. Filmdə çəkildikləri müddətdə İzzət Günayla sevgi yaşayan Nəriman Köksal onu unuda bilməmişdi.

Xəstəxanada son günlərini yaşayan Nəriman Köksal bir çox dost-tanışdan İzzət Günayı son dəfə görməsinə vəsilə olmalarını xahiş edib. Lakin İzzət Günay bu xəbərin həyat yoldaşına çatacağından ehtiyat edərək görüşməyə razılıq verməyib. İzzət Günayın bu vəziyyəti öyrənən xanımı İpək Günay yoldaşına xəstəxanaya gedib onu son dəfə görməsi üçün razılıq verib.

Son arzusunu həyata keçirən Nəriman Köksaldan geriyə xəstəxanada böyük sevgisi ilə çəkilən fotosu yadigar qalıb.


Müəllif: Teleqraf.com
Загрузка...