1 İyul 2016 20:06

Bir müddət öncə İranda həbsxanada ayaqlarından asılmış məhkumun fotosunun sosial şəbəkələrdə paylaşılması geniş müzakirələrə səbəb oldu. Fotonu paylaşanlar iddia edirdilər ki, edam olunan şəxs azərbaycanlı fəaldır, ona tamaşa edən isə İranın ali dini lideri Ayətullah Xamneidir.

Amma aparılan araşdırmalardan sonra məlum oldu ki, fotodakı edam səhnəsi İranın məşhur "İbrət Muzeyi"ndə çəkilib.

Muzey haqda İranyönümlü saytlarda kifayət qədər bilgi verilib. Teleqraf.com həmin bilgilərin xülasəsini təqdim edir. "İbrət Muzeyi" İranda İslam İnqilabından əvvəl şah rejiminin ən qorxulu zindanlarından biri də SAVAK-ın (Xüsusi xidmət orqanı) qapalı həbsxanası olub. Muzey 3 mərtəbə 86 kameradan ibarətdir.

Muzeydə 1800 məhbusun şəkilləri və həbsdə qaldıqları müddətə dair sənədlər xüsusi arxivdə saxlanılır. Həbsxananın vəziyyətinin təsvir edilə bilinməsi üçün işgəncə otaqlarında müxtəlif işgəncə alətləri də diqqət çəkir.

Buradakı məhbus və həbsxana işçiləri xüsusi büstlərdə təsvir edilib. Hazırda "İbrət Muzeyi" adını daşıyan keçmiş həbsxanada tanınmış şəxslər; Ayətullah Ruhullah Xomeyni (qeyd: Ayətullah Xomeyni bir ilə yaxın həbsdə olub, 5 zindan dəyişib, bu zindanda da bir neçə ay saxlanılıb), Ayətullah Xamenei, Ayətullah Murtəza Mütəhərri, Ayətullah Dəstiğeyb, Ayətullah Təbətabai, Doktor Əli Şəriəti, Ayətullah Behişti, Muhəmməd Əli Rəcai, Ayətullah Rəfsəncani, Ayətullah Məhdəvi Kəni, Seyid Əhməd Xomeyni və başqaları saxlanılıblar.

Ayxan





























Müəllif:
Загрузка...