16 May 2017 10:08
1 384
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampın dəvəti ilə bu ölkəyə səfərə gedib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Ərdoğanın təyyarəsi Endryu Hərbi Hava bazasında eniş edib.

Türkiyənin bu ölkədəki səfiri Sərdar Kılıc Ərdoğanı qarşılayaraq, qalacağı "Bleyr Haus" otelinə qədər ötürüb.

Bu arada, Türkiyə prezidentinin amerikalı həmkarı ilə görüş vaxtı açıqlanıb. Məlumatlara görə, görüş Bakı vaxtı ilə 20:40-da keçiriləcək.

Samir


Müəllif: