19 May 2017 17:10
728
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moldova lideri İqor Dodon ölkə vətəndaşlarının prezident üsul-idarəsinə tərəfdar çıxacağına əmindir.

Teleqraf.com Ria Novosti-yə istinadla xəbər verir ki, Moldova prezidenti bu gün jurnalistlərlə söhbətində bu fikri ifadə edib.

Dodon deyib: "İnanıram ki, Moldavada prezident idarəetməsi ilə bağlı sual qoysaq, vətəndaşların çoxu onu dəstəkləyər. Moldovaya başqa ölkələrdə olduğu kimi güclü prezident hakimiyyəti gərəkdir. Onda ölkədə indiki kimi anarxiya və özbaşınalıq olmaz. Biz bu istiqamətə gedirik".

Xatırladaq ki, konstitusiyaya görə, Moldova parlament respublikasıdır.


Müəllif: Mahir