21 İyun 2017 19:35
840
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moldova Prezidenti İqor Dodon bu gün Azərbaycana rəsmi səfərə gəlib.

Teleqraf.com "Azərtac"a istinadən xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Moldova Prezidenti İqor Dodonu hava limanında Baş nazirin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar.


Müəllif: Teleqraf.com