10 Avqust 17:50
393

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Mogerininin ötən il Bakı və İrəvan səfərinə təxminən 100 min dollar xərclədiyi açıqlanıb.

Teleqraf.com xəbər verir ki, bu haqda Belçikanın qalmaqallı “Knak” jurnalı məlumat yayıb.

Xəbərə görə, xanım Mogerini Azərbaycana və Ermənistana ikigünlük səfərə 88 min dollar xərcləyib.

İnformasiyanın dərcindən sonra Avropa Komissiyasının bu xərclərin məqsədəuyğunluğu barədə araşdırmaya başladığı bildirilir.

Qeyd edək ki, Federika Mogerini 2016-cı il fevralın 29-da Azərbaycana səfər edib, iki gün sonra isə Ermənistana yola düşüb.


Müəllif: Nərgiz