11 Avqust 2017 16:09
1 059
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Rusiya əleyhinə sanksiyaları dəstəkləmir.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.

Nazirin sözlərinə görə, bu qadağalar Türkiyə iqtisadiyyatına da ciddi ziyan vurur:

“Türkiyə özü də keçmişdə sanksiyalardan əziyyət çəkib. Qonşularımıza və tərəfdaşlarımıza yönələn sanksiyalar bizim də iqtisadiyyatımıza zərər vurur”.

Çavuşoğlu qeyd edib ki, Türkiyə problemin həllinin başqa yollarını axtarır: “Buna görə biz Rusiyaya qarşı sanksiyalara qoşulmayacağıq”.


Müəllif: Samir