11 Sentyabr 21:48
113

Baş nazirinin müavini, YAP sədrinin müavini, Əli Əhmədov bu gün Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Katibi, Siyasi Büronun üzvü, Vyetnam KP MK-nın Xalq kütlələri ilə iş şöbəsinin müdiri xanım Çionq Txi Mayın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Teleqraf.com xəbər verir ki, görüşdə qarşılıqlı maraq doğuran məsələlərlə bağlı ətraflı fikir mübadiləsi aparılıb.

YAP icra katibi Əli Əhmədov Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası, eləcə də, Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasındakı əməkdaşlığın mövcud durumundan bəhs edərək münasibətlərin inkişafı üçün geniş perspektivlərin olduğunu bildirib.

Qeyd olunub ki, üst-üstə düşən maraqlar ölkələrimiz arasında münasibətlərin bundan sonra da inkişafına əhəmiyyətli töhfə verəcəkdir.

Görüşdə, YAP İcra katibinin müavini, Milli Məclisin komitə sədri Siyavuş Novruzov, YAP İcra katibinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Milli Məclisin deputatı Sevinc Fətəliyeva iştirak edib.


Müəllif: Cavad