15 Oktyabr 2017 14:45
817
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunanıstanın baş naziri Aleksis Tsipras sabah ABŞ-a səfər edəcək.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, baş nazir ABŞ Prezidenti Donald Tramp, vitse-prezident Mayk Pens və nüfuzlu maliyyə qurumlarının rəhbərləri ilə görüşlər keçirəcək.

Qeyd edək ki, hazırda Yunanıstanın maliyyə durumu ürəkaçan deyil. Bu baxımdan səfər xüsusi maraq doğurur. Digər tərəfdən, bir çox ekspertlər hesab edirlər ki, Yunanıstan hökuməti Rusiya ilə isti münasibətlər qurub. Bunun da Vaşinqtonda necə qarşılandığına dair mövqe yoxdur.


Müəllif: Cavad