20 Oktyabr 2017 17:16
2 318
12 Punto 14 Punto 16 Punto 18 Punto

İŞİD terror təşkilatından azad olunan Rakka şəhərində terrorçu Abdulla Öcalanın plakatının qaldırılması Türkiyə tərəfindən kəskin etirazla qarşılanıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, ilk olaraq bununla bağlı Türkiyənin Baş naziri Binəli Yıldırım açıqlama verib. O, ABŞ-ın bu addımını tənqid edib:

“Bu günə qədər müttəfiqimiz olan ABŞ terror təşkilatının əli ilə digər terror təşkilatını məhv etməyə çalışır. Bunun acı nəticəsini ifadə edən fotonu gördük. ABŞ YPG və PYD-nin terror təşkilatı olduğunu anlamaq üçün nəyi görmək istəyir? PKK terrorçularının liderinin Rakkada şəklinin qaldırılması buna sübutdur. Bu olay ABŞ və Türkiyə arasında əlaqələrə zərər verəcək və Suriyanın gələcəyini sual altında qoyacaq”.

Olaydan sonra ABŞ Müdafiə Nazirliyinin sözçüsü Dana Vayt məsələ ilə bağlı ona verilən sualdan qaçaraq, “Biz ancaq PYD/YPG-ni dəstəkləyirik və dəstəkləməkdə davam edəcəyik” cavabını verib.

ABŞ Mərkəzi Qüvvələr Komandanlığı (CENTCOM) Rakkada baş verən bu olayı pisləyən bəyanatla çıxış edib.


Müəllif: Samir