12 Noyabr 15:35
387

Türkiyəli 19 yaşlı universitet tələbəsi Hacıbəy Çatalbaşoğlu ABŞ-da bələdiyyə məclisi üzvlüyünə seçilib.

Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, o, bu ölkə tarixində ən gənc siyasətçi titulunu əldə edib.

H.Çatalbaşoğlu ABŞ bələdiyyə seçkilərində Konnektikut ştatına daxil olan Nyu Haven şəhər bələdiyyə məclisi üzvlüyünə Demokrat Partiyasının 3-cü sıradan namizədi olub.

19 yaşlı tələbə ABŞ-ın ən güclü universitetlərindən olan Yel Universitetində politologiya üzrə təhsilini davam etdirir.

H.Çatalbaşoğlu əslən Türkiyənin Giresun şəhərindən olan ailənin övladıdır.


Müəllif: Teleqraf.com