18 Yanvar 2018 16:57
1 027
12 Punto 14 Punto 16 Punto 18 Punto

Parlament Jurnalistləri Birliyi (PJB) beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının 2017-ci ildəki fəaliyyətinin qiymətləndirilməsi üçün birlik üzvləri – parlamentdə akkreditasiya olunmuş jurnalistlər arasında rəy sorğusu keçirib.

Teleqraf.com-a bu haqda danışan PJB-nin sədr müavini Aqil Aslan deyib ki, sorğu 4 nominasiya üzrə aparılıb:

“Sorğu nəticəsində Milli Məclisin 2017-ci ildəki fəaliyyəti dövründə plenar iclaslarda cari və gündəlikdə duran məsələlərin müzakirəsində ən fəal iştirak edən deputatlar, seçici hüquqlarını müdafiə edən ən fəal deputatlar, ölkəmizi beynəlxalq təşkilatlarda təmsil edən ən fəal deputatlar, qanunvericilik təşəbüsü ilə çıxış edən ən fəal deputatlar müəyyənləşib”.

Sorğunun nəticələrinə əsasən Milli Məclisin deputatları Siyavuş Novruzov, Qüdrət Həsənquliyev, Fazil Mustafa, Məlahət İbrahimqızı, Zahid Oruc, Əflatun Amaşov və Tahir Kərimli Milli Məclisin 2017-ci ildəki fəaliyyəti dövründə plenar iclaslarda cari və gündəlikdə duran məsələlərin müzakirəsində fəal iştirak edən deputat nominasiyası üzrə qalib olublar.

Seçici hüquqlarını müdafiə edən ən fəal deputatlar siyahısında Qənirə Paşayeva, Yevda Abramov, Çingiz Qənizadə və Flora Qasımova yer alıb.

Ölkəmizi beynəlxalq təşkilatlarda təmsil edən ən fəal deputat adını isə Fuad Muradov, Bahar Muradova, Ziyafət Əsgərov, Cavanşir Feyziyev, Azay Quliyev, Tahir Mirkişili, Eldar Quliyev və Sahibə Qafarova qazanıb.

Qanunvericlik təşəbbüsü ilə çıxış edən deputatlardan Vahid Əhmədov, Əli Məsimli və Musa Quliyev digər həmkarlarından fərqlənərək bu nominasiyanın qalibi olublar.


Müəllif: Cavad