24 Yanvar 2018 00:45
722
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrailin baş naziri Binyamin Netanyahunun İsveçrənin Davos şəhərində Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşü nəzərdə tutulub.

Teleqraf.com xəbər verir ki, bu barədə Baş nazirin Dəftərxanası məlumat yayıb.

Bildirilir ki, Binyamin Netanyahu yanvarın 23-də Ümumdünya İqtisadi Forumunun işində iştirak etmək üçün Davosa yola düşüb. Onun Azərbaycan və Ukrayna prezidentləri İlham Əliyev və Pyotr Poroşenko, həmçinin Kanada və Niderlandın baş nazirləri Castin Trüdo və Mark Rütte ilə görüşləri planlaşdırılıb.

Ümumdünya İqtisadi Forumu yanvarın 23-dən 26-dək davam edəcək. (Report)


Müəllif: Teleqraf.com