15 Fevral 2018 19:39
1 262
12 Punto 14 Punto 16 Punto 18 Punto

"ABŞ hər zaman "Cənub Qaz Dəhlizi" kimi layihələrin həyata keçirilməsində təşəbbüslərə dəstək verəcək".

Teleqraf.com xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin Enerji Ehtiyatları Bürosunun beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi vəzifəsini icra edən Syu Saarnio Bakıda keçirilən "Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının mətbuat konfransında deyib.

Syu Saarnio bildirib ki, bu gün ABŞ Avropanın qaz təchizatı marşrutlarının şaxələndirilməsi siyasətini dəstəkləyir:

"Çünki, güclü Avropa bizə zəruri olan tərəfdaşdır. Biz tərəfdaşlarımızla üzləşdiyimiz çağırışlara qarşı birgə mübarizə apara bilirik. Təhlükəsizlik məsələsi isə ABŞ üçün prioritetlərdəndir".

Syu Saarnio qeyd edib ki, "Cənub Qaz Dəhlizi" layihəsi ilə bağlı işlər indiki kimi davam edərsə, bu həm beynəlxalq səviyyədə, həm də Avropa səviyyəsində təhlükəsizliyi təmin edəcək".


Müəllif: İlhamə Əbülfət