20 May 2018 16:53
1 032
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə siyasi partiyalar deputatlığa namizədlərini yaxın günlərdə rəsmən açıqlayacaq.

Teleqraf.com türk mediasına istinadla xəbər verir ki, siyasi partiyaların siyahılarında sürpriz namizədlərin olacağı ehtimal olunur.

Məsələn, dəhliz söhbətlərinə görə, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) deputatlığa namizədlər siyahısında motosikletçi Kənan Sofuoğlu, qəzetçi və yazar Ayşə Böhürlər, sabiq nazir Mehmet Ağarın oğlu Tolqa Agar kimi şəxslərin adlarl var.

İddialara görə, Ərdoğan son günlər bəzi sabiq deputatlar və onların övladlarının AKP-dən namizədliklərini irəli sürməsi üçün təmaslara keçib.

Media iddia edir ki, Ərdoğan şəxsən bir neçə nəfərə telefon açaraq onlara siyasətə qayıtmağı, namizədliyini irəli sürməyi təklif edib.

AKP kulislərində gəzən söz-söhbətlərə görə, prezidentin köməkçilərindən birinin xanım olacağı gözlənilir. İddia olunur ki, Ərdoğan prezident seçiləcəyi təqdirdə partiyadan deyil, kənardan sürpriz bir xanımı bu vəzifəyə dəvət edəcək. Bir müddətdir ki, bu şəxsin sabiq baş nazir Tansu Çillər olduğu haqda söhbətlər dolaşır.


Müəllif: Cavad