19 İyul 2016 11:57
517
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) rezidenturaya qəbul imtahanının ikinci mərhələsi üzrə onlayn sınaq imtahanı keçirməyə başlayır.

Komissiyadan Teleqraf.com-a verilən məlumata görə, II mərhələ ixtisas fənləri üzrədir.

İmtahanda iştirak etmək istəyənlər TQDK-nın internet saytının müvafiq səhifəsində (http://eservices.tqdk.gov.az/sinaq/) qeydiyyatdan keçməlidirlər.

Qeyd edək ki, rezidenturaya qəbul imtahanının I mərhələsi üzrə imtahan aprelin 3-də keçirilib. İmtahanın II mərhələsi iyulun 29-da olacaq.

Avqustun 1-dən 7-dək isə rezidentura səviyyəsi üzrə ixtisaslaşma aparılacaq.

Bəkir


Müəllif: