28 İyun 2017 14:36
954
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıdakı McDonalds restoranlar şəbəkəsinin fəaliyyəti ilə bağlı problem yoxdur.

Bu barədə Teleqraf.com-a sözügedən şəbəkədən məlumat verilib.

Şəbəkə təmsilçisinin sözlərinə görə, McDonalds-ın Fəvvarələr Meydanında yerləşən restoranı da fəaliyyətini davam etdirir:

"Dünən texniki səbəblərdən restoranın işində fasilə yarandı. Problem axşamüstü həll olundu, axşam saatlarından yenidən fəaliyyət göstəririk. Hazırda müştərilərimiz var".

Qeyd edək ki, Bakının mərkəzində, Fəvvarələr Meydanında yerləşən McDonalds restoranlar şəbəkəsinin nümayəndəliyinin bağlandığı barədə Musavat.com məlumat yayıb. Məlumatda deyilir ki, bu gün səhər saatlarından restorana gələn müştərilər gözlənilmədən restoranın qapısının bağlı olduğunu görüblər.

Azərbaycanda ilk dəfə McDonalds restoranı məhz Fəvvarələr Meydanında 1999-cu ilin noyabrın 6-da açılıb.


Müəllif: İlhamə Əbülfət