17 Avqust 2017 16:20
808
12 Punto 14 Punto 16 Punto 18 Punto

2017-ci ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasının bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 13 milyon 266 min 200 manat məbləğində kredit verilib.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, ötən ilin eyni dövü ilə müqayisədə kreditlər 40 faiz azalıb.

2016-cı ilin yanvar-iyul aylarında muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 21 milyon 937 min 200 manat məbləğində kreditlər verilmişdi.

2017-ci ilin yanvar-iyul aylarında verilmiş kreditlərin 2 milyon 712 min 800 manatı və yaxud 20,4 faizi qısamüddətli, 10 milyon 553 min 400 manatı və yaxud 79,6 faizi uzunmüddətli kreditlər olub.


Müəllif: Mahir