19 Sentyabr 2017 20:47
723
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranda Üləma Məclisinin 91 yaşlı rəhbəri, axund Əhməd Cənnəti İraq Kürdistanı muxtariyyətinin yaxın günlərdə keçirmək istədiyi müstəqillik referendumundan danışıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Cənnəti Amerikanın bölgədə ikinci İsrail dövləti yaratmaq istədiyini bildirib:

“Amerika İraqı parçalayıb, Kürdistanı bu ölkədən ayırmaqla bölgədə yeni bir İsrail dövləti yaratmaq istəyir. Biz isə ayıq olmalı, ABŞ-ın bununla bağlı niyyətini gerçəkləşdirməsinə imkan verməməliyik.

İraqın parçalanması və Kürdistanın bu ölkədən ayrılması Amerika, Səudiyyə Ərəbistanı və İsrailin istəyidir. Onlar bölgə əhalisi arasında nifaq və ayrılıq salmaqla müsəlmanları zəiflətməyə çalışırlar. Buna isə yol vermək olmaz.

Ümid edirəm ki, başında ağlı olanlar Amerika, Səudiyyə Ərəbistanı və İsrailin bu cəhdi qarşısında dayanacaq, onların öz istəklərinə nail olmasına imkan verməyəcəklər”.

Qeyd edək ki, İraq Kürdistanında müstəqillik referendumu sentyabrın 25-nə təyin olunub.


Müəllif: Samir