20 Oktyabr 2017 13:15
670
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda “Mülki aviasiya sahəsində xidmətlərə görə” medalı təsis edilib.

Teleqraf.com-un məlumatına görə, bununla bağlı “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklik Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.

Dəyişikliyə əsasən, “Mülki aviasiya sahəsində xidmətlərə görə” medalı təsis olunub.

Bu medalla vəzifələrini nümunəvi icra edən, istehsal fəaliyyətində yüksək nəticələr göstərən mülki aviasiya işçiləri təltif ediləcəklər.

Layihə səsverməyə çıxarılaraq qəbul edilib.


Müəllif: Cavad