13 Noyabr 14:25
81

Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Milli Məclisin deputatı Musa Qasımlı Astanada səfərdə olub.

Teleqraf.com xəbər verir ki, o, Qazaxıstan Elm və Təhsil Nazirliyinin Elm Komitəsinin Dövlət Tarixi İnstitutunun Qazaxıstan, Türkiyə, Özbəkistan, Qırğızıstan və Rusiya alimlərinin iştirakı ilə təşkil etdiyi beynəlxalq elmi konfransda “Azərbaycan-Qazaxıstan münasibətləri” mövzusunda məruzə edib.

M.Qasımlı institutun kitabxanasına kitablar bağışlayıb. Azərbaycan alimi Qazaxıstan Milli Elmlər Akademiyasının xatirə medalı ilə təltif olunub.


Müəllif: Teleqraf.com