4 Avqust 2014 14:19

Azərbaycan-Amerika Gəncləri İctimai Birliyi cəbhə xəttində atəşkəsin Ermənistan tərəfindən ciddi şəkildə pozulmasına etiraz olaraq beynəlxalq təşkilatlara etiraz bəyənatı ünvanlayıb.

Teleqraf.com xəbər verir ki, Azərbaycan-Amerika Gəncləri İctimai Birliyi Ermənistan və Azərbaycan cəbhə xəttində yaranmış son vəziyyətlə bağlı ciddi narahatlığını ifadə edir.

"Ermənistan tərəfinin atəşkəsi ciddi şəkildə pozaraq Azərbaycan tərəfinə qəfil hücuma keçməsi nəticəsində onlarla Azərbaycan əsgəri hərbi xidməti həyata keçirərkən həyatlarını itirmişlər. Ermənistanın Azərbaycanın ərazi bütövlüyünə daxil olan torpaqları işğalda saxlamaqla yanaşı son günlər həyata keçirdiyi ardıcıl hərbi hücumları nəticəsində bölgədə mövcud olan vəziyyəti daha da gərginləşdirmiş və regional təhlükəsizliyə ciddi təhdid yaratmışdır. Azərbaycan-Amerika Gəncləri İctimai Birliyi beynəlxalq təşkilatlara, ABŞ və Avropanın aparıcı QHT və media qurumlarına, qərbdə fəaliyyət göstərən təsisatlara müraciət ünvanlayaraq yaranmış vəziyyətdə Ermənistanın işğalçı siyasətini və regionda sabitliyi ciddi pozduğuna görə beynəlxalq ictimaiyyət tərəfindən qinanmasını, Ermənistan dövlətinə qarşı ciddi sanksiyaların tətbiq olunmasına çağırır".

Təşkilatın bəyənatında deyilir ki, Ermənistan tərəfinin hərbi əməliyyatlara başlaması nəticəsində Azərbaycan tərəfi öz suverenliyini müdafiə etməyə və təhlükəsizliyini təmin etməyə məcburdur və yaranan hərbi qarşıdurma nəticəsində nəinki hərbi, eyni zamanda cəbhə xəttinə yaxın məskunlaşmış sivil əhali arasında, xüsusən uşaq və gənclər arasında itkilərin qeydə alınması istisna deyil. Bu baxımdan təşkilat Ermənistanın təcavüzünü və regionda sabitliyin pozulmasına səbəb olan hərbi əməliyyatları başlatmasını ciddi şəkildə pisləyir və qarşıdan gələn günlər ərzində bu məsələni iştirak etdiyi bütün beynəlxalq təbdirlərdə və platformalarda qaldıracağını, Ermənistana sərt təpki verilməsini, işğalı dayandırmayana kimi bu ölkənin beynəlxalq aləmdən təcrid olunmasını, müvafiq beynəlxalq platformalarda və tədbirlərdə iştirakının dayandırılmasını, bu ölkəyə qarşı iqtisadi sanksiyaların tətbiq edilməsini tələb kimi qoyacağını bəyan edir.


Müəllif:
Загрузка...