17 Fevral 2018 15:58
727
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) 1-16 fevral tarixlərində ləğvedicisi olduğu “Dəmirbank”ın qorunan əmanətçilərinə 38 milyon manatdan artıq kompensasiya ödəyib.

Fonddan Teleqraf.com-a verilən məlumata görə, ləğv prosesində olan DəmirBank ASC-də qorunan əmanətlər üzrə kompensasiyalar ilk dəfə nağdsız qaydada Kapital Bank ASC-nin adlı debet kartları və “Xəzri” sürətli pul köçürmə sistemi vasitəsilə ödənilir.

Məlumatda qeyd edilib ki, kompensasiyaların ödənilməsi KapitalBank ASC-nin 26 filialında aparılır.


Müəllif: İlhamə Əbülfət