20 Aprel 2018 10:30
3 517
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt Təhsil Şöbəsinin müdiri Nizami Namazov hazırda işinin başındadır.

Bu barədə Teleqraf.com-a Sumqayıt Təhsil Şöbəsindən məlumat verilib.

Təhsil Şöbəsindən bildirilib ki, hazırda Nizami Namazov işini icra edir:

“İşdən çıxacağı barədə bizdə heç bir məlumat yoxdur”.

Məsələ barədə Nizami Namazov ilə əlaqə saxladıq. O, hazırda iclasda olduğunu bildirib telefonu söndürdü.

Qeyd edək ki, mətbuatda yayılan məlumata görə, Sumqayıt Təhsil Şöbəsinin müdiri Nizami Namazov vəzifəsindən vidalaşacağı və elmi-pedaqoji fəaliyyətlə məşğul olacağını açıqlayıb.


Müəllif: İlhamə Əbülfət