24 May 2018 11:52
827
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən 55 il ərzində Azərbaycanda nəsilvermə əmsalı xeyli azalıb.

Teleqraf.com xəbər verir ki, bu barədə məlumat BMT-nin Əhali Fondu tərəfindən hazırlanan statistikada qeyd edilib.

Qeyd edək ki, nəsilvermə əmsalı reproduktiv dövr (15-49) yaş ərzində bir qadının orta hesabla neçə uşaq dünyaya gətirə bildiyini göstərir.

Hesabatda bildirilib ki, 1961-ci ildə nəsilvermə əmsalı 5,6 olubsa, hazırda 2,1-dir.

Müəyyən edilib ki, hamiləliklərin yalnız 52,7 faizi diri doğuş, 40,9 faiz isə abortla nəticələnir.

BMT-nin Əhali Fondunun apardığı araşdırmaya görə, Azərbaycanda son onilliklər ərzində nəsilvermədə tənəzzül və dölün cinsinin müəyyən edilməsinə imkan yaradan ultrasəs müayinəsi ölkədə oğlan uşaqlarına üstünlük verilməsinə gətirib. Bu isə selektiv abortlar vasitəsilə reallaşdırılır.

Nəticədə doğulan uşaqlar arasında cins nisbəti ciddi şəkildə pozulub.

Hesabatda son illər aparılan təbliğat işləri nəticəsində bu sahədə müəyyən irəliləyişlərin olduğu da qeyd edilib. Belə ki, dünyaya gələn uşaqlarda cins nisbəti 2011-ci ildə 105 nəfər qız uşağına 117 oğlan düşürdüsə, ötən il bu nsibət 114 olub. Bu ilin sonuna kimi bu nisbətin normaya bir az da yaxınlaşacağı gözlənir.

Qeyd edək ki, dünyaya gələn uşaqlarda cins nisbəti normada 100-105 nisbətində olmalıdır.


Müəllif: İlhamə Əbülfət