20 Avqust 2014 12:12
852
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Atamın anım tədbirinin keçirilməsi ilə bağlı ailəmizə heç bir müraciət daxil olmayıb”.

Bunu mərhum eks-prezident Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyev deyib.

Onun sözlərinə görə, buna baxmayaraq növbəti anım günü də normal keçiriləcək: "Bu anım mərasimi həmişəki kimi normal keçiriləcək. Hələlik anım tədbirinin necə keçirilməsi üçün atamın yaxın dostlarından, müxalifət nümayəndələrindən bizə kimsə zəng etməyib. Təbii ki, bu il də ailə olaraq bir yerə yığışacağıq. Fəxri Xiyabana gedib atamın məzarını ziyarət edəcəyik. Yəni normal bir anım mərasimi olacaq. Qeyri-adi nəsə etməyəcəyik”.

Qeyd edək ki, avqustun 22-i mərhum prezident Əbülfəz Elçibəyin anım günüdür. 2000-ci ilin 22 avqustunda xərçəng xəstəliyindən dünyasını dəyişən eks-prezidentin bu il vəfatının 14-cü ili tamam olur.

/modern.az/


Müəllif: