2 Fevral 2015 15:29

Fevral ayının 12-də saat 11:00-da Lənkəran Sərhəd Dəstəsində Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev tərəfindən Astara, Lerik, Lənkəran və Yardımlı rayon sakinlərinin qəbulu keçiriləcək.

DSX-nın mətbuat mərkəzindən Teleqraf.com-a verilən məlumata görə, qəbulda iştirak etmək istəyənlər, onları maraqlandıran sualları fevral ayının 10-dək DSX-nın www.dsx.gov.az adlı rəsmi saytında yerləşdirməlidirlər.

Qeydiyyat üçün 012-498-01-55 və 012-498-01-69 nömrəli telefonlarla əlaqə saxlanılması və ya Lənkəran Sərhəd Dəstəsinə müraciət edilməsi xahiş olunur.

BƏXTİYAR


Müəllif: