3 Fevral 2015 19:18

Prezident İlham Əliyev Polad Bülbüloğlunun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Teleqraf.com xəbər verir ki, sərəncamla Azərbaycanın mədəni və ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Polad Bülbüloğlu “Şərəf” ordeni ilə təltif edilib.

Qeyd edək ki, Polad Bülbüloğlu 4 fevral 1945-ci ildə Bakı şəhərində dünyaya göz açıb. Sabah 70 illik yubileyi münasibəti ilə Polad Bülbüloğlu Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edəcək.

Rüstəm


Müəllif: