15 May 2014 15:03
671

Bu gün Azərbaycanda səfərdə olan Gürcüstanın daxili işlər naziri Aleksandr Çikaidze ilə Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-leytenant Elçin Quliyev arasında işçi görüş keçirilib.

DSX-nın mətbuat mərkəzindən Teleqraf.com-a verilən məlumata görə, görüşdə Azərbaycan-Gürcüstan dövlət sərhədində və sərhəd keçid məntəqələrində əməliyyat şəraiti və onun inkişaf tendensiyaları müzakirə olunub. Eləcə də, Azərbaycanın Dövlət Sərhəd Xidməti və Gürcüstan Daxili İşlər Nazirliyinin Sərhəd Polisi arasında qarşılıqlı faydalı əməkdaşlığın hazırki vəziyyəti və perspektivləri, Avropa İttifaqı, Frontex, GUAM kimi beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın daha da genişləndirilməsi haqqında fikir mübadiləsi aparılıb.

Müzakirələr zamanı beynəlxalq terrorçuluğa, qeyri-qanuni miqrasiyaya, qaçaq­malçılığa və dövlət sərhədindən digər qanunsuz fəaliyyətlərə qarşı mübarizə sahəsində Azərbaycan və Gürcüstan sərhədçilərinin birgə səyləri yüksək qiymətləndirilib.

BƏXTİYAR


Müəllif: