18 Fevral 2015 14:59
597
12 Punto 14 Punto 16 Punto 18 Punto

TRT-nin Təhsil Departamenti 6300 sözü Türkiyə, Azərbaycan və Türkmənistan türkcələrində tələffüz edərək, səsli lüğət şəklində toplamağa qərar verib.

Teleqraf.com-un məlumatına görə, TRT-nin baş direktoru Şenol Gökanın rəhbərliyi altında həyata keçirilən layihə çərçivəsində 6300 söz Türkiyə, Azərbaycan və Türkmənistan türkcələrində tələffüz edilərək lentə alınır. Layihədə Türkiyənin Mədəniyyət Nazirliyi və Türk Dil Qurumunun lüğətlərindən də istifadə olunur.

Səsli lüğət layihəsi qısa müddət ərzində tamamlanaraq TRT-nin internet səhifəsində mobil versiya şəklində istifadəyə veriləcək.

Naibə QURBANOVA


Müəllif: