23 Fevral 2015 16:50
382

“Ailə Məcəlləsinə əsasən nikaha girən şəxslər nikah öncəsi icbari tibbi müayinədən keçməlidirlər”.

Teleqraf.com-un məlumatına görə, bunu Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev deyib.

M.Quliyev bildirib ki, tibbi müayinə qaydası, şərtləri və hansı xəstəliklərə qarşı tibbi müayinədən keçilməsi ilə bağlı siyahı hazırlanır. Onun sözlərinə görə, bu müddəanın tətbiqindən sonra icbari tibbi müayinədən keçməsi haqda arayış təqdim etməyən cütlüklərin rəsmi nikahı qeydə alınmayacaq.

“Bu çox ciddi bir məsələdir və müəyyən dövrdən sonra qanunun tətbiqinə başlanacaq. Sadəcə olaraq, ilk növbədə xəstəliklərin siyahısı hökumət tərəfindən razılaşdırılmalıdır. Digər bir məsələ isə, arayışın formasının müəyyənləşdirilməsidir. Ən əsas məsələ isə əhali arasında maarifləndirmə işinin aparılmasıdır. Eyni zamanda, bu işi aparacaq həkim və tibb personalının təcrübəsinin artırılması və ümumi bir mərkəzləşdirilmiş qaydada bu işin aparılma metodikasının müəyyənləşdirilməsi üçün vaxt lazımdır. Bütün səhiyyə müəssisələri isə bu işi görmək üçün hazırdır” deyə, komitə sədrinin müavini vurğulayıb.

Səxavət


Müəllif: