25 Fevral 2015 15:39
644
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevralın 25-də AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda Xocalı faciəsinin 23 –cü ildönümü münasibətilə anım tədbiri keçirilib.

Tədbiri giriş sözü ilə açan akademik Tofiq Hacıyev qeyd etdi ki, Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub.

Xocalının zəbt olunması üzrə həyata keçirilmiş əməliyyat zamanı şəhərin dinc əhalisinə qarşı kütləvi zorakılıq törədilmişdir. Xocalı faciəsi ermənilərin əsrlər boyu türk xalqına qarşı amansızlığı və insanlığa qarşı cinayəti idi. T.Hacıyev vurğulayıb ki, bir çox milli faciələrimiz kimi Xocalı faciəsinə siyasi-hüquqi qiymətin verilməsi ulu öndər Heydər Əliyevin sayəsində mümkün olmuşdur. Bu gün ölkəmizdə Xocalı soyqırımının qurbanlarının xatirəsi əziz tutulur,onların xatirəsinə abidə ucaldılıb.

Sonra tədbir iştirakçıları çıxış edərək Xocalı soyqırımın dünya ictimaiyətinə çatdırılmasının əhəmiyyətindən bəhs ediblər. Bildiriblər ki, Xocalı soyqırımının günahkarları layiqli cəzalarına çatacaqlar.Çünki bu cinayət cəzasız qala bilməz.

Nemət


Müəllif: