10 Mart 2015 13:06

“Yeni Üfüq“ Mənəvi İrsin Təbliği İctimai Birliyinin gəncləri “Hər ay bir gün” adlı layihəni davam etdirirlər.

Birlikdən Teleqraf.com-a verilən məlumata görə, “Yeni Üfüq” fəalları şəhərin müxtəlif yerlərində şəhid lövhələrini, eləcə də, ətrafda təmizlik işlərini həyata keçiriblər.

Birliyin sədri Sevinc Əzimbəylinin bildirib ki, il boyunca ayda bir dəfə olmaqla, “Yeni Üfüq”ün gəncləri millətimizin şəhid övladlarının yaşamış olduqları binalara vurulmuş şəhid lövhələrini, eləcə də bu lövhələrin ətrafında təmizlik işlərini həyata keçirirlər. Onun sözlərinə görə, belə aksiyaların əsas məqsədi ölkəmizdə milli-vətənpərvərlik hislərinin gənclər arasında yüksəlişinə nail olmaq və şəhid doğmalarına cəmiyyətin biganə qalmadığını nümayiş etdirməkdən ibarətdir: “Biz həm də hər ayın bir günü şəhidlərimizi yad etməklə, onlara borclu olduğumuzu insanlarımıza aşılamağa çalışırıq”.

BƏXTİYAR


Müəllif: