23 May 2014 12:02
947
12 Punto 14 Punto 16 Punto 18 Punto

Magistratura imtahanlarının ikinci mərhələsində iştirak edən bakalavrlardan 10159-u qəbul proqramını seçərək təsdiqləyib. Onlardan 8900-ü Azərbaycan, 1259-u isə rus bölməsi üzrə imtahan verəcək.

Bakalavrların 4269-u oğlan, 5890-ı isə qızdır. 6101 nəfər ali təhsil müəssisələrinin bu ilki, 4058 nəfəri isə əvvəlki illərin məzunlarıdır.

Teleqraf.com xəbər verir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirilən mətbuat konfransında bu barədə bildirib. Onun sözlərinə görə, bakalavrlar Bakı, Naxçıvan, Gəncə şəhərlərində imtahan verəcəklər. İmtahan mayın 25-də saat 13:00-da başalayacaq və 1 saat 30 dəqiqə davam edəcək.

Bakalavrlara seçdikləri proqram üzrə 5-i açıq tipli olmaqla 50 test tapşırığı təqdim olunacaq. Hər düzgün cavab 1 balla qiymətləndiriləcək, səhv cavablar düzgün cavabların nəticələrinə təsir etməyəcək.

İkinci mərhələnin nəticələri elan olunduqdan sonra mayın 29-dan iyunun 1-dək bakalavrlar internet vasitəsilə ixtisaslaşma seçimini yerinə yetirə biləcək.


Müəllif: