23 May 2014 12:07
969
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İki gün vaxt var. Qorxuram ki, buraxılış vərəqəsini əldə etməmək imtahan günü bakalavrlara hansısa problem yaradar. Belə hal onların imtahanını yaxşı verməyə kömək etməyəcək. Ona görə də indidən xəbərdarlıq edirəm”.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirilən mətbuat konfransında bu sözləri bildirib.

TQDK sədri mayın 25-i ali təhsil müəssisələrinin magistratura pilləsinə imtahan verəcək bakalavrlara deyib ki, bakalavrlardan 651 nəfəri imtahana buraxılış vərəqəsini hələ əldə etməyib.

Komissiya sədri onu da vurğulayıb ki, bu imtahanlarda təkcə test sualları yox, bəzi proqramlarda yazı işləri də olacaq: “Yazı işlərinin yoxlanması iki gün vaxt aparacaq. Bu müddət ərzində nəticələr elan olunduqdan sonra onlar öz ixtisasını seçəcək. Onlar hazırda proqram seçib və bu proqramların tərkibində müxtəlif ixtisaslar var. Bakalavrlar onlardan birini seçməlidir. Onları müvafiq ali məktəblərdə yerləşdirmək üçün bakalavrlar ərizələrində ixtisas seçimini qeyd etməlidir”.

Teleqraf.com


Müəllif: