6 İyul 2015 23:33

Siqaret tüstüsü uşaqların kökəlmə riskini artırır. Kanadadakı Monreal Universiteti və Saint-Justine Araşdırma Mərkəzindən olan elm adamlarının araşdırması siqaret tüstüsünə məruz qalan uşaqların bel ətrafının yağlandığını və bədən kütlə indeksinin artdığını göstərib.

Alimlər 2055 yetkin insanın siqaret çəkmək vərdişlərini və uşaqlarının çəkisini araşdırıblar. Məlum olub ki, siqaret tüstüsünə fasiləli və ya davamlı məruz qalan uşaqların 10 yaşından etibarən bel ətrafı orta hesabla 1,5 santimetr daha geniş olur. Bu uşaqların bədən kütlə indeksinin də 0,48-0,81 yüksək olduğu təsdiqlənib.

Araşdırmanın nəticələri “Nicotine and Tobacco Research” jurnalında dərc edilib.

Dünya Sağlamlıq Təşkilatına bildirdiyinə görə, dünyada passiv siqaretçəkmə hər il 600 mindən çox adamın ölümünə səbəb olur.


Müəllif:
Загрузка...