8 İyul 2015 23:42
366

“Söz və mətbuat azadlığı bir çox hallarda cəmiyyətdə demokratiyanın meyarı, ölçüsü rolunu oynayır. Həmçinin, KİV hər bir ölkədə ictimai fikri formalaşdıran bir institute rolunda çıxış edir. Bu baxımdan KİV cəmiyyətdə böyük təsir gücünə malikdir. Təsadüfi deyil ki, medianı bir çox hallarda “dördüncü hakimiyyət” də adlandırırlar. Lakin KİV o zaman “dördüncü hakimiyyət” funksiyasını yerinə yetirə bilir ki, o, azad və müstəqil olsun, siyasi və iqtisadi qurumların vassalına çevrilməsin”.

Bu fikirləri YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

S.Vəliyeva bildirib ki, Azərbaycanda demokratik, plüralist mətbuatın formalaşmasında, onun hüquqi normativ bazasının yaradılmasında, azad sözün, fikir və məlumat azadlığının təmin edilməsində milli lider Heydər Əliyevin müstəsna xidmətləri var. Onun sözlərinə görə, azad mətbuatın inkişafına əngəl yaradan süni məhdudiyyətlərin, o cümlədən, senzuranın aradan qaldırılması, qanunvericiliyin təkmilləşdirilməsi və müasir dünya standartlarına uyğunlaşdırılması, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi və onlar üçün çoxsaylı güzəştlərin müəyyənləşdirilməsi, milli mətbuatımızın yubiley tədbirləərinin keçirilməsi haqqında qərarlar, KİV-lə bağlı problemlərə operativ və prinsipial müdaxilə – bütün bunlar ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin azad sözə və onun daşıyıcılarına münasibətini səciyyələndirir.

“Bu gün görülən işlər nəticəsində Azərbaycanda dünya ölkələri üçün nümunə ola biləcək azad söz, müstəqil mətbuat və demokratik mühit formalaşdırılıb”, – deyə deputat qeyd edib.

Səxavət


Müəllif: