16 İyul 2015 08:18

Səhiyyə Nazirliyi tərəfindən stomatologiya sahəsində mütəmadi həyata keçirilən yoxlamalar bu sahədə infeksion xəstəliklərin yaranma riskini minimuma endirməyə imkan verir. Bunu Trend-ə Səhiyyə Nazirliyindən deyiblər.

Nazirlikdən bildirilib ki, stomatoloji kabinetlərin açılması, onlara lisenziya verilməsi, gigiyenik tələblərə cavab verməsi daim Səhiyyə Nazirliyinin ciddi nəzarəti altındadır. Eyni zamanda, xaricdən dəvət olunmuş mütəxəssislər tərəfindən stomatoloji kabinetlərin saxlanılmasına dair tələblər mövzusunda vaxtaşırı seminarlar keçirilir, bu sahədə olan yeniliklər barədə maarifləndirmə işi aparılır.

Azərbaycanda stomatoloji xəstəliklərin profilaktikası sahəsində ciddi işlər görülür. O cümlədən, əhalinin stomatoloji maarifləndirilməsi sahəsində addımlar atılır, mütəmadi olaraq müayinələr keçirilir, stomatoloji xidmət müəssisələri ən müasir avadanlıqlarla təchiz olunur. Ölkəmizdə bu sahədə təqdim olunan xidmət beynəlxalq standartlara cavab verir. Ölkəyə səfər edən xarici mütəxəssislər Azərbaycanda stomatologiya sahəsindəki mövcud vəziyyətin ən qabaqcıl ölkələrin göstəricilərinə uyğun olduğunu qeyd edirlər.

Qeyd edək ki, 1948-ci ildən Ümumdünya Səhiyyə Təşkilatı 16 iyul tarixini Stomatoloji xəstəliklərin profilaktikası günü kimi qeyd edir.


Müəllif:
Загрузка...