9 İyun 2014 14:44

Ötən həftə Bakıda çox maraqlı və eyni zamanda gülməli hadisə baş verib.

Teleqraf.com bildirir ki, maraqlı hadisə sərnişin avtobusunlarından birində olub.

Belə ki, avtobus “Gənclik” metrosu yaxınlığında sərnişin avtobusu dayanacaqda dayanır. Bu zaman avtobusa orta boylu, uzun saqqallı və ilk baxışdan radikal dindara bənzəyən bir kişi minib. Kişi gələrək avtobusun ortasında dayanıb və əlindəki çantanı yerə qoyub. Avtobus hərəkət etməyə başlayan zaman, “Allahu Əkbər” deyib və ani şəkildə əyilərək çantanın ağzını açıb.

Bu zaman sərnişinlər panikaya düşür. Bir neçə saniyə içərisində sərnişinlər avtobusdan düşüb qaçmağa başalayır.

İnsanlar o qədər həyəcanlanıblar ki, bir-birinin üstünə çıxıblar. Bəziləri isə qaçan zaman üzü üstə yıxılıblar. Lakin kişi çantadan “bomba” yox, "suxari" çıxarıb. Demə kişi suxari yemək istəyirmiş.

Yazıq kişi hadisədən özü də şoka düşüb. Hətta onun vəziyyəti pisləşib. Sonradan sərnişinlər yenidən avtobusa miniblər. /anspress/


Müəllif:
Загрузка...