4 Aprel 2016 14:32
678
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan teatr ictimaiyyətinə ağır itki üz verib. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının istedadlı butaforçu rəssamı, əməkdar mədəniyyət işçisi Konstantin Xristoforoviç Triandafelidze uzun sürən xəstəlikdən sonra dünən vəfat edib.

Teleqraf.com xəbər verir ki, rəssamın vəfatı ilə bağlı Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı nekroloq imzalayıb.

Konstantin Triandafelidze 1927-ci ildə Bakıda doğulub. 1941-ci ildə “Nizami” kinoteatrında rəssam şagirdi kimi işə qəbul olunub. Əmək fəaliyyəti ilə yanaşı rəssamlıq məktəbində də təhsilini davam etdirən Konstantin Triandafelidze 1951-ci ildə məktəbi bitirib.

1951-1974-cü illərdə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında butafor sexinin rəisi vəzifəsində çalışıb.

1991-ci ildə yaradıcılıq uğurlarına və səmərəli fəaliyyətninə görə “Əməkdar Mədəniyyət İşçisi” fəxri adına layiq görülüb.

1974-cü ildən vəfat edənə qədər Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında butaforçu rəssam vəzifəsində çalışaraq həmin sexə rəhbərlik edib.

Nərmin


Müəllif: