17 İyun 2014 14:39
905
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təhsil naziri Mikayıl Cabbarov Qəbələyə gedir.

Nazirliyin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, nazir iyunun 23-də saat 11:00-da vətəndaşları qəbul edəcək.

Qəbul Mikayıl Cabbarov Qəbələ şəhərindəki Mədəniyyət Mərkəzində olacaq. Qəbulda Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarında yaşayan vətəndaşları iştirak edəcək.

Qəbula gəlmək istəyən vətəndaşlar 17, 18, 19 və 20 iyun 2014-cü il tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) zəng etməklə və ya “Elektron müraciət” bölməsi http://www.edu.gov.az/view.php?lang=az&menu=contacts_qebulvasitəsilə qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyatı məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.


Müəllif: