Ucar rayonunda azyaşlının ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, hadisə rayonun Bərguşad kəndində qeydə alınıb. Kənd sakini, azyaşlı Əşrəf Abdullayev evində qidadan zəhərlənib. Xəstəxanaya yerləşdirilmiş uşaq orada ölüb.
Hacı Zeynalov