5 İyul 2016 21:55

Dənizdə batan 7 nəfər xilas edilib.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, bu gün nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinə Bakı şəhəri, Xəzər, Sabunçu və Qarabağ rayonlarında ümumilikdə 7 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşları sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.


Müəllif:
Загрузка...