22 İyul 2016 23:36

Sumqayıt şəhərində dənizdə bir nəfər boğulub. Teleqraf.com xəbər verir ki, şəhər sakini Cavid Şahverdiyev şəhərdəki dəniz çimərliyində batıb.

Cavid Şahverdiyevin meyiti sudan çıxarılıb.

Daha bir bədbəxt hadisə Şamaxı rayonunun Qaravəlli kəndində qeydə alınıb. Kənd sakini Natiq Xudaverdiyev həyətlərindəki su quyusuna yıxılaraq boğulub.

Hər iki faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif:
Загрузка...