25 İyul 2016 14:11
1 285
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt şəhərində qətl hadisəsi baş verib. Teleqraf.com xəbər verir ki, şəhər sakini Gülyaz Musayevanın bıçaqla qətlə yetirilmiş meyiti mənzilində tapılıb.

Sumqayıt şəhər Polis İdarəsinin 1-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Masallı rayon sakini Ramil Əbilov tutulub.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: