26 İyul 2016 01:33

Biləsuvarda 5 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib.

 
APA-nın cənub bürosunun məlumatına görə, hadisə iyulun 25-də axşam saatlarında Ələt-Astara magistralının rayonunun Xırmandalı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.      "Mercedes" markalı minik avtomobili qarşı tərəfdən gələn digər minik avtomobili ilə  toqquşub.  Güclü zərbədən hər iki maşına ciddi ziyan dəyib, həmçinin onların sərnişinləri, Bakı şəhər sakinləri, 55 yaşlı Raisa Həsənağa qızı Ağayeva, 20 yaşlı Arzu Məmməd qızı Ətayə, 53 yaşlı Natəvan Əziz qızı Bayramova, Masallı rayon sakinləri, 26 yaşlı Nigar Məmməd qızı Məmmədova və 7 yaşlı Nəzrin Anar qızı Məmmədova aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.   Dərhal həkim nəzarətinə götürülmüş zərərçəkmişlərə hazırda müvafiq tibbi yardım göstərilir. Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırmalara başlanıb


Müəllif:
Загрузка...